Hakerlər FTB-nin elektron poçt sistemini sındırıblar

14-11-2021, 10:27           
Hakerlər FTB-nin elektron poçt sistemini sındırıblar
Hakerlər ötən gecə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) xarici e-poçt sistemini sındırıblar.

Trend-in məlumatına görə, bu barədə FTB-nin açıqlamasına istinadən "Bloomberg" agentliyi xəbər verib.

Qurumun açıqlamasında deyilir: "Bu, hazırkı vəziyyətdir və biz əlavə məlumat verə bilmərik".

Agentliyin məlumatına əsasən, spam və digər kibertəhlükələri izləyən "Spamhaus" layihəsinin iştirakçıları hakerlərin büronun elektron poçtu vasitəsilə on minlərlə kiberhücum xəbərdarlığı barədə məktub göndərdiklərini bildirdilər.

İlkin məlumatlara görə, söhbət məxfi olmayan məlumatların mübadiləsi və ötürülməsi üçün istifadə edilən xarici e-poçt ünvanından gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru