Bu il İtaliyada 103 qadın qətlə yetirilib

15-11-2021, 09:30           
Bu il İtaliyada 103 qadın qətlə yetirilib
İtaliyada ilin əvvəlindən bu vaxtadək yüzdən çox qadın qətlə yetirilib.

Publika.az xəbər verir ki, İtaliya polisinin Cinayət İdarəsinin hazırladığı “qəsdən adam öldürmə” adlı hesabata görə, cari ildə ölkədə ümumilikdə 247 qətl hadisəsi qeydə alınıb. Bunlardan 103-nün qadın qətli olduğu bildirilir. Həmin 103 qətl hadisəsindən 87-si məişət zorakılığı nəticəsində baş verib.

Hesabatda İtaliyada hər üç gündə bir qadının qətlə yetirildiyi qeyd edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qadınların qətlə yetirilməsi faktlarında 6 faiz artım olub.

Qeyd edək ki, 2018-ci ildə İtaliyada 141, 2019-cu ildə 111, keçən il isə 116 qadın qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru