II Yekaterinanın ilk peyvənd kampaniyasi haqda yazdığı məktub hərraca çıxarılacaq

15-11-2021, 10:09           
II Yekaterinanın ilk peyvənd kampaniyasi haqda yazdığı məktub hərraca çıxarılacaq
Moskvada II Yekaterinanın peyvəndin faydaları ilə bağlı yazdığı məktub hərraca çıxarılacaq.

APA-nın məlumatına görə, bu barədə “MacDougalls” hərrac evinin direktoru Yekaterina MakDuqall bildirilib.

Bildirilib ki, Rusiya imperatorunun məktubu Rusiyada ilk peyvənd kampaniyası haqqında məlum olan ilk sənəddir. O, bunu Krıma səfəri zamanı general- feldmarşal qraf Pyotr Rumyantsevə yazıb.

Məktubda o, dövlət səviyyəsində peyvəndin necə təşkil olunacağını izah edib. Məktubda xüsusi olaraq vurğulanıb ki, peyvəndləmə sadə insanlar arasında aparılmazsa, xəstəliyə qalib gəlmək mümkünsüzdür.

Qeyd edək ki, II Yekaterinanın portreti və məktubunun start qiyməti müvafiq olaraq 0,8-1,2 milyon funt-sterlinq dəyərində olacaq.

Ekspozisiya noyabrın 19-dan 30-dək Moskvada Zubovların Taqankadakı malikanəsində keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru