Ermənistanın itkiləri ilə bağlı yeni AÇIQLAMA

17-11-2021, 08:54           
Ermənistanın itkiləri ilə bağlı yeni AÇIQLAMA
“Təsdiqlənməmiş məlumatlara görə, Ermənistan tərəfinin 15 itkisi var”.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin Xarici İşlər Komitəsinin sədri Eduard Ağacanyan Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə özlərinin itkisi barədə danışarkən məlumat verib.

Qeyd edək ki, ötən gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Axşam saatlarında isə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub, vəziyyət normallaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru