Rüstəm Muradovu Bakıya gətirən əsas səbəb MƏLUM OLDU
18-11-2021, 09:01
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.
Publika.az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, R. Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıdıb.