Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: ana və oğul eyni gündə intihar etdi

19-11-2021, 12:32           
Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ:
Bir neçə gün əvvəl Sumqayıt şəhəri Saray qəsəbəsində itkin düşən 1991-ci il təvəllüdlü Həsənov Elşən Ədalət oğlunun intihar etdiyi məlum olub.

Publika.az xəbər verir ki, 30 yaşlı Elşənin meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb. Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi, daha sonra meyitini dalğaların sahilə çıxardığı məlum olub.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib. Həmin gün anasının yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyduğunu görən gənc dərin sarsıntı keçirib və evdən çıxaraq dəniz sahilinə yollanıb. Həmin gün öpzünü dənizə ataraq intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru