Vəzifəli məmurların yaxınları MM Aparatından QOVULUB

19-11-2021, 16:35           
Vəzifəli məmurların yaxınları MM Aparatından QOVULUB
Parlamentin rəhbərliyi dəyişəndən bugünədək onlarla nazir, icra başçısı və məmur övladı Milli Məclis Aparatından uzaqlaşdırılıb.

Teref.az-ın xəbərinə görə, bu barədə Musavat.com-a Milli Məclisdəki özəl mənbədən məlumat verilib.

Bildirilir ki, hətta buna görə parlamentin spikeri Sahibə Qafarovaya müəyyən təzyiq göstərilib. Lakin o, məmur övladlarına güzəşt etməyib. Ölkə rəhbərliyi MM sədrinin bu qərarlarını dəstəkləyib.

Məlumatda bildirilir ki, bundan əvvəlki rəhbərliyin zamanında Aparatdakı vəzifələrə təyin olunmuş məmur övladlarından kimlər əmək intizamını pozurdusa, sayğısızlıq göstərirdisə, hamısı tutduqları postlarla vidalaşmalı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru