“SpaceX” müflis ola bilər

1-12-2021, 08:19           
“SpaceX” müflis ola bilər
“SpaceX” kosmik şirkətinin yaradıcısı və sahibi İlon Mask “Raptor” raket mühərriklərinin istehsalındakı irəliləyişin zəif olmasından narazı qalıb.

O, işçilərinə bildirib ki, istehsal prosesindəki böhran “iflas riski” yaradır.

Bu barədə iş adamı şirkət əməkdaşlarına göndərilən elektron məktubda bildirib.

Məlumat üçün qeyd edək ki, “Raptor” maye metan və oksigenlə işləyən qapalı dövrəli maye yanacaqlı raket mühərrikidir və Mask ondan “Starship”-də istifadə etməyi planlaşdırır.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru