NASA astronavtlarının açıq kosmosa çıxması dekabrın 2-nə planlaşdırılıb

1-12-2021, 10:05           
NASA astronavtlarının açıq kosmosa çıxması dekabrın 2-nə planlaşdırılıb
Amerikalı astronavtlar Tom Marşbern və Kayla Berron dekabrın 2-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Bundan əvvəl noyabrın 30-na planlaşdırılan astronavt missiyası “stansiyaya yaxınlaşan dağıntılar” xəbərləri səbəbindən ləğv edilib:

"NASA dağıntıların orbitinin Tom Marşbern və Kayla Berronun planlaşdırılan kosmos səyahəti üçün heç bir təhlükə yaratmadığını müəyyən edib. Stansiyadakı nasaz antenanı əvəz etmək üçün kosmosa çıxış dekabrın 2-i cümə axşamına planlaşdırılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru