Deputatdan COVİD-19 testlərinin qiymətinə ETİRAZ

1-12-2021, 15:32           
Deputatdan COVİD-19 testlərinin qiymətinə ETİRAZ
"COVİD-19 test qiymətlərinin bu qədər baha olması düzgün deyil"

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib. Deputat bildirib ki, COVİD-19 testinin qiyməti hamıya əlçatan olmalıdır:

"Klinikalarda test qiymətlərinin bir-birindən fərqli olması da zənnimcə düzgün deyil. Bu sahədə nizamlama işləri görülməlidir. Klinikalarda mümkün olan ən ucuz qiymətə vətəndaşlar test verə bilməlidir. Özəl klinikalar müstəqil şəkildə qiymət təyin edir. Qiymətlərin nizamlanması və tariflərin müəyyən edilməsi ilə bağlı qanunvericilikdə hansısa müddəa yoxdur. Hesab edirəm ki, özəl klinikalarda göstərilən bütün xidmətlər müəyyən tarifə uyğun həyata keçirilməlidir".

Deputat bildirib ki, qanuna bu barədə dəyişiklik edilməlidir:

"Vahid qiymət tarifi olmasa da, maksimum tarif müəyyən edilməlidir. Klinikalarda kimlərinsə istədiyi tariflə vətəndaşa xidmət göstərilməməlidir. Maksimum tarix müəyyənləşdirilməlidir ki, vətəndaşdan o həddən artıq məbləğ alınmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru