Jurnalistə yumruq atdığı deyilən Rövşən Cahangirov: "Belə bir video varsa, göstərsinlər”

2-12-2021, 10:13           
Jurnalistə yumruq atdığı deyilən Rövşən Cahangirov:
Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov bu gün sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.

Teref.az olay.az-a istinadən xəbər verir ki, R. Cahangirov haqqında yayılan iddiaların doğru olmadığını deyib:


“Əgər hücum etmişəmsə, kiməsə yumruq atmışamsa, videonu göstərsin. Orada nə ediblər mən bilmirəm. Belə bir video varsa, göstərsinlər”.


R. Cahangirov onu da qeyd edib ki, sabah mətbuata geniş açıqlama veriləcək.


Qeyd edək ki, bu gün sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, R. Cahangirovun Baku TV-nin əməkdaşlarına hücum etdiyi iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru