Mingəçevirdə partlayış nəticəsində dağıntılara məruz qalan evlərin sayı AÇIQLANDI

29-12-2021, 07:01           
Mingəçevirdə partlayış nəticəsində dağıntılara məruz qalan evlərin sayı AÇIQLANDI
Mingəçevirdə partlayış nəticəsində dağıntılara məruz qalan evlərin sayı 17 - yə çatıb.

"Unikal"-ın məlumatına görə, hazırda şəhərin Günəşli qəsəbəsində evlərdən birində baş verən partlayış nəticəsində zərərçəkən yaşayış obyektlərinin sayı dəqiqləşdirilir. Aparılan araşdırma nəticəsində dağıntılara məruz qalan 17 evin olduğu məlum olub.
Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən "Unikal"-a verilən məlumata görə, zərər görən 4 evdə təmir işləri aparılır. Dağıntılara məruz qalan digər ailələr isə müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşıblar. Dağıntılar və zərər üzrə qiymətləndirmə aparılır və yekunları ilə bağlı zəruri addımlar atılacaq.
Ehtiram Muradlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.