TƏBİB-dən uşaqlar arasında yayılan xəstəliklərlə bağlı açıqlama

29-12-2021, 08:01           
TƏBİB-dən uşaqlar arasında yayılan xəstəliklərlə bağlı açıqlama
"Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. Delta ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, ölkədə Delta ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: "Bununla bağlı bütün imkanlarımız var”.

Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəliklərdir: "Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru