Pələnglə “gizlənqaç” oynayan hiyləgər ördək hər kəsi güldürdü - VİDEO

29-12-2021, 09:43           
Pələnglə “gizlənqaç” oynayan hiyləgər ördək hər kəsi güldürdü - VİDEO
Sosial şəbəkələrdə hiyləgər ördəyin onun ovuna çıxan pələnglə “gizlənqaç” oynaması görüntüləri böyük maraq doğurub.
46 saniyəlik videoda pələngin suda ördəyin üstünə getməsi, ancaq yırtıcı həmlə etməmiş ördəyin suya dalması və bir müddət sonra başqa yerdə çıxması görünür. Ördək öz hərəkətlərini bir neçə dəfə təkrarlayır. Bütün bu müddət ərzində pələng onu izləməyə çalışır.

Görüntülər sosial şəbəkələrdə virus kimi yayılıb. Bəzi istifadəçilər kadrları çox gülməli görüb, digərləri isə ördəyi möcüzənin xilas etdiyini deyib.

“Tarixin ən təhlükəli “gizlənqaç”ı. Bilmək istərdim ki, ördək qaça bilibmi?..”, - deyə onlardan biri yazıb. “Pələng yeməklə oynamır. Yeməyi onunla oynayır”, - deyə başqa biri zarafat edib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru