Liviyanın mədəniyyət naziri korrupsiya ilə bağlı saxlanılıb

30-12-2021, 07:27           
Liviyanın mədəniyyət naziri korrupsiya ilə bağlı saxlanılıb
Liviyanın mədəniyyət və təhsil naziri Mabruka Osman Oki korrupsiya ittihamı ilə saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Hədas" telekanalı Liviya Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, habelə yoxlamalara mane olmaq məqsədilə sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Dekabrın 29-da Mabruka Osman Oki dindirilməyə çağırılıb. Prokurorluq işin bütün hallarının aydınlaşdırılması üçün araşdırmalarını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru