Qardaşlar 30 ildən artıqdır ki, bir-birlərinə eyni Milad hədiyyəsi verirlər - FOTO

30-12-2021, 10:15           
Qardaşlar 30 ildən artıqdır ki, bir-birlərinə eyni Milad hədiyyəsi verirlər - FOTO
Amerikanın Nyu-Hempşir ştatından olan qardaşlar 30 ildən artıqdır ki, bir-birlərinə eyni Milad hədiyyəsini verirlər.

Qeyri-adi ənənə 1987-ci ildə Rayan Vassonun zarafatla qardaşı Erikə Milad üslubunda bir qutu şokolad verməsi ilə başlayıb. O, belə bir hədiyyənin qətiyyən qardaşının xoşuna gəlməyəcəyini bilirdi.

Erik buna cavab olaraq qutunu saxlayıb və növbəti Milad bayramında qardaşına verib. Rayan öz hədiyyəsini tanıyıb...

Həmin vaxtdan bəri qardaşlar bunu ənənə halına salıblar. Onlar hətta növbə ilə sonuncu hədiyyə tarixini qeyd edən xüsusi jurnal da hazırlayırlar.

Qardaşlar hədiyyə təqdim etmək üçün xüsusi yaradıcı yollar tapırlar. Məsələn, buz parçasının içində dondurulmuş şəkildə, yaxud jelenin içində, bəzən də oyuncaq ayıya tikilmiş şəkildə hədiyyəni bir-birlərinə verirlər.






Mənbə: AP












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru