“Media haqqında” yeni qanun qəbul edildi-III oxunuşda

30-12-2021, 17:23           
“Media haqqında” yeni qanun qəbul edildi-III oxunuşda
Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Bu gün Milli Məclisinin plenar iclasında “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məlumata görə, layihəni üçüncü oxunuşda Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib.
Z. Oruc bildirib ki, layihə əsla cəzalandırıcı deyil: "Layihə jurnalistikanı gücləndirməyi hədəf seçib”.
qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru