Atlantika üzərində koronavirus: qadın sərnişin özünü bütün uçuş boyu ayaqyolunda təcrid etdi

31-12-2021, 07:29           
Atlantika üzərində koronavirus:
Çikaqodan Reykyavikə uçan Miçiqan ştatından olan müəllimə Marisa Fotayo ( Marisa Fotieo) təyyarə havaya qalxandan sonra özünü pis hiss edib. O, ayaqyoluna gedərək tez bir zamanda koronavirusa görə ekspres-testdən keçib və nəticə müsbət olub. Qadın uçuş sona yetənədək ayaqyolundan çıxmamağa qərar verib.

Müəllimə Marisa Fotayo İcelandair aviaşirkətinin Çikaqo-Reykyavik reysinin sərnişinlərini ayaqyollarının birindən məhrum edib və orada uçuşun sonunadək qalıb.

Yeri gəlmişkən, onun buna haqqı vardı: qadın orada sadəcə qalmayıb, o, karantində olub.
Epidemiya çoxsaylı vəziyyətlər yaradıb. Lakin təyyarənin ayaqyolunda karantinə ilk dəfə rast gəlinib. Məsələ bundadır ki, təyyarə havaya qalxandan dərhal sonra qadın özündə koronavirus üçün səciyyəvi olan və dəfələrlə bu barədə oxuduğu və eşitdiyi əlamətləri hiss edib.
Müəllimə öz səhhətinə, hər şeydən göründüyü kimi, ciddi yanaşıb, o, özü ilə kovidə görə ekspres-test dəstini götürüb. Ayaqyolunda özünü test edərək, müsbət nəticə alıb.

O zaman qadın başqalarının da səhhətinə məsuliyyətlə yanaşmaq qərarına gəlib.
İstər-istəməz Yerdə nəyin bahasına olursa olsun təcrid edilməkdən və nəzarətdən boyun qaçıraraq, sanki başqalarını yoluxdurmaq hüququnu müdafiə etməyə cəhd edən İsrailliləri xatırlayırsan.

Amma Marisa Fotayo uçuşun sonunadək ayaqyolundan çıxmamaq qərarını verib.
"Mənimlə birlikdə 150 nəfər sərnişin uçurdu, mən ən çox onlardan kimisə yoluxdura biləcəyimdən qorxurdum",- qadın sonradan NBS -ə verdiyi müsahibəsində danışıb.
Sonradan qadın bütün sərnişinlərə ayaqyolunu daima məşğul etdiyinə və o biri kabinaya uzun növbələr yaratdığına görə, həmçinin ona ayaqyoluna yemək və içmək gətirən və onun əhvalı ilə daima maraqlanan stüardessaların birinə minnətdarlıq edib.

İnfeksiya aşkar ediləndən sonra hələ beş saat uçmaq lazım idi. Lakin müəllimə vaxtını hədər keçirməyib. O, özünü videoya çəkərək Tik-Toka yerləşdirib. Videoçarx 4 milyon baxış toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru