Avtomobillərin texniki baxışının ləğvi barədə qanun qüvvəyə mindi - Rusiyada

31-12-2021, 07:46           
Avtomobillərin texniki baxışının ləğvi barədə qanun qüvvəyə mindi - Rusiyada
Rusiya Prezidenti Vladimir Putin Rusiyada şəxsi avtomobillərin və motosikletlərin icbari müntəzəm texniki baxışını ləğv edən qanunu təsdiqləyib.
Qanun 50 milyona yaxın avtomobil sahibinə şamil ediləcək.
Qanun dekabrın 22-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 24-də Federasiya Şurası tərəfindən təsdiqlənib.

Qanuna əsasən, vətəndaşların mülkiyyətində olan və onların yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək.

Eyni zamanda, bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq.

Bundan əlavə, istehsal tarixi 4 ildən yuxarı olan avtomobil və motosikletlər satıldıqda, həmçinin, qeydiyyata alındıqda, yaxud nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmək məcburi olacaq.
APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru