Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI

31-12-2021, 07:06           
Azərbaycanda 5 günlük bayram tətili BAŞLADI
Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

Redaktor.az xəbər verir ki, tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramı günləridir.

Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru