Bayden və Obamanı öldürmək istəyən şəxs tutuldu

31-12-2021, 09:40           
Bayden və Obamanı öldürmək istəyən şəxs tutuldu
ABŞ hökuməti Ayova ştatında ABŞ prezidenti Co Bayden, keçmiş lider Barak Obama və Facebook (indiki Meta) sosial şəbəkəsinin qurucusu Mark Zukerberqi öldürmək üzrə olan silahlı şəxsi həbs edib.

Bildirilir ki, Kaliforniyada 25 yaşlı supermarket işçisi Kuaçua Briyon Xionq hüquq-mühafizə əməkdaşlarına siyahısında olanları öldürmək üçün “nə lazım gəlsə, edəcəyini” dedikdən sonra həbs edilib.

Hüquq-mühafizə əməkdaşları həmin şəxsin avtomobilindən AR-15 avtomatı, döyüş sursatı, dolu daraq, gülləkeçirməz jilet və ilk tibbi yardım dəstləri aşkar ediblər.

Məlum olub ki, həmin şəxs “öldürmək niyyətində olduğu pis adamların” siyahısını tərtib edib. Siyahıda Bayden, Obama və Zukerberqdən başqa ABŞ-ın baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Entoni Fauçinin də adı var.

Mənbə: NBC News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru