Saakaşvili gürcü müğənnidən nikahdankənar qızının olduğunu ETİRAF ETDİ - EKS-PREZİDENT ONLARIN FOTOLARINI DA PAYLAŞDI

31-12-2021, 17:24           
Saakaşvili gürcü müğənnidən nikahdankənar qızının olduğunu ETİRAF ETDİ -
“Yeni ildə mənim sevimli kiçik qızım, Birinci kanalda yayımlanan bayram konsertinin iştirakçısı Elis Mariya Saakaşvili anası ilə birlikdə sizləri salamlayacaq”.

Bunu Gürücüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsində yazıb.

O, ilk dəfədir nikahdankənar qızının olduğunu etiraf edib.

Məlumata görə, E.M.Saakaşvilinin anası Gürcüstan müğənnisi Sofiya Nijaradzedir. M.Saakaşvili feysbuk səhifəsində qızı və onun anası S.Nijaradzenin səhnədə çəkilən birgə fotolarını da paylaşıb.

Qeyd edək ki, 1967-ci il təvəllüdlü M.Saakaşvili 1993-cü ildə Niderland əsilli Sandre Rulovsla rəsmi ailə qurub. Onların Eduard və Nikoloz adlı iki oğlanları var.

Sabiq dövlət başçısı bu ilin oktyabrında Ukrayna parlamentinin deputatı Yelizaveta Yasko ilə də sevgi münasibətində olduğunu açıqlamışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru