Toni Bleyr Britaniyanın ən yüksək cəngavər ordenindən məhrum edilə bilər

3-01-2022, 08:44           
Toni Bleyr Britaniyanın ən yüksək cəngavər ordenindən məhrum edilə bilər
Britaniyada keçmiş baş nazir Toni Bleyrin ən yüksək cəngavər ordenindən məhrum edilməsinə çağıran petisiya yaradılıb.
Yarım gün ərzində 100 mindən çox insan keçmiş hökumət başçısını Qarter ordenindən məhrum etməyə çağıran petisiyanı imzalayıb.

“Bleyr Birləşmiş Krallıq konstitusiyasına və ölkənin ictimai quruluşuna ciddi zərər vurub. O, çoxlu sayda günahsız mülki əhalinin ölümünə və ölkənin müxtəlif münaqişələrdə iştirakına görə şəxsən məsuliyyət daşıyır. Təkcə bunun üçün o, həbs edilməlidir. O, müharibə cinayətlərinə görə cavabdehdir”, - deyə petisiyanın mətnində bildirilib.

Qeyd edək ki, Tony Bleyr 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olub. O, bir neçə dəfə Böyük Britaniyanın İraq və Əfqanıstana müdaxiləsinə görə tənqid edilib.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.