Fransanın səhiyyə naziri:

3-01-2022, 08:52           
Fransanın səhiyyə naziri:
Koronavirusun beşinci dalğası Fransada sonuncu ola bilər.

Bunu “Journal du dimanche” qəzetinə müsahibəsində Fransanın səhiyyə naziri Olivye Veran bildirib.

Nazir yeni COVID ştammının çox yoluxucu olduğunu qeyd edərək, ölkədə yoluxmanın günlük artımının 250 minə çata biləcəyini proqnozlaşdırdığını xatırladıb.

Veranın sözlərinə görə, onun proqnozu demək olar ki, özünü doğruldub. Belə ki, 2021-ci ilin son günündə Fransada 232 min yoluxma halı qeydə alınıb.

“Bu ştamm bütün dünya əhalisinə təsir edəcək. Lakin onun yayılması immunitetin güclənməsinə səbəb olacaq. Bu ştammdan sonra hamımız virusa qarşı daha davamlı olacağıq. Pandemiyanın beşinci dalğasının sonuncu olacağına ümid edirəm”, - deyə nazir bəyan edib.

Mənbə: news.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru