“Apple” dünyanın bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkəti olub

4-01-2022, 08:41           
“Apple” dünyanın bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkəti olub
“Apple”in səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır.

"Report" xəbər verir ki, bunu hərrac məlumatı əks etdirir.

Bakı vaxtı ilə saat 22:46-a olan məlumata görə, “Apple” səhmlərinin qiyməti 2,92 % artaraq bir səhm üçün 182,73 ABŞ dolları təşkil edib. Bu rəqəm bir neçə dəqiqə əvvəl 182,88 dollara çatmışdı. Beləliklə, şirkətin kapitallaşması 3 trilyon ABŞ dollarını keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru