Təyyarə Fransaya təcili eniş edib YANĞIN XƏBƏRDARLIĞI SƏBƏBİNDƏN
4-01-2022, 12:37

İngiltərənin Mançester şəhərindən Portuqaliyanın Faro şəhərinə uçan Ryanair təyyarəsi göyərtəsində yanğın xəbərləri verildikdən sonra təcili olaraq Fransanın qərbindəki Brestdə (Finister departamenti) eniş edib. SİA xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazır.
Qəzetin yazdığına görə, sərnişinlər arasında yaranan panikaya görə pilot marşrutdan kənara çıxmalı olub. Qrafikə əsasən, təyyarə yerli vaxtla saat 21:30-da təyinat yerinə çatmalı idi. Brest hava limanında bir neçə yanğınsöndürən maşın uçuş zolağında gözləyib. Qeyd olunduğu kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişinlərin avtobusa mindirilərək terminala getməsinə kömək ediblər. Yanğınla bağlı məlumat hələ ki, təsdiqini tapmayıb.
Sərnişinlərin PCR testindən keçməli və ya təcridxanaya getməli olacağı da bildirilmir.
Xatırladaq ki, Fransada dekabrın 18-dən respublikaya Böyük Britaniyadan daxil olan hər kəs üçün sanitar nəzarət gücləndirilib. Belə ki, bütün gələnlər xüsusi ərizə vasitəsilə qeydiyyatdan keçməli, həmçinin yeddi günlük özünütəcrid rejiminə keçməlidirlər. Fransaya daxil olduqdan 48 saat sonra mənfi bir koronavirus testi keçərsə, iki günə təcriddən çıxmaq mümkündür.