Meşələrin məhv edilməsinə görə yüksək vəzifəli məmur işdən çıxarıldı

5-01-2022, 19:33           
Meşələrin məhv edilməsinə görə yüksək vəzifəli məmur işdən çıxarıldı
Baş prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsi olaraq həmin nazirliyin meşələrin inkişafı Xidmətinin rəisi Namiq Xıdırov işdən çıxarılıb. TEREF.AZ xəbər verir ki,u haqda virtualaz.org -a məlumatlı mənbələrdən deyiblər. Xıdırovun işdən azad olunaraq sərəncama göndərildiyi bildirilir.

Qeyd edək ki, Namiq Xıdırovun adı Lənkəranın Haftoni meşələrində, o cümlədən Qusarda və Şəkidə nadir ağac növlərinin kütləvi məhv edilməsi qalmaqalı fonunda KİV-lərin gündəminə gəlmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Haftoni meşələrində çay plantasiyası salınması üçün “Beta” şirkətinə 45 hektar ərazi ayırmışdı və həmin şirkət nadir ağacları kütləvi kəsməklə ərazini əkin üçün hazırlayırdı.

Lakin ətraf mühit fəallarının etirazları və virtualaz.org saytının bu ekoloji cinayəti geniş işıqlandırması sayəsində Haftoni meşələrinin qırılması dayandırıldı, “Beta” şirkəti ilə həmin müqavilə ləğv olundu.

Maraqlıdır ki, nazirliyin mətbuat xidməti Namiq Xıdırovun vəzifədən kənarlaşdırılması barədə informasiyanı təsdiq etməyib, onun “məzuniyyətdə olduğunu” bildirib. Lakin mənbələrimiz Xıdırovun məzuniyyət vaxtının bitdiyini, onun dekabrın 22-də işə çıxmalı olduğunu deyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru