Oliqarxlar özəl təyyarələri ilə Qazaxıstanı tərk edir
6-01-2022, 00:01
Qazaxıstanda baş verən hadisələrlə bağlı oliqarxlar bir-birinin ardınca özəl təyyarələrinə minib ölkəni tərk edir.
"Flightradar” saytının qeydə aldığı uçuşlara əsasən bu gün səhər saatlarından etibarən Qazaxıstandan bir neçə biznes-jet havaya qalxıb. Onlar Alma-Ata və Nursultan şəhərlərindən havaya qalxaraq Rusiya və Avropa ölkələri istiqamətində uçublar. Məsələn, milyarder Fattoh Şodiyevin təyyarəsi Rusiyaya istiqamət alıb.