Corc Floydun dörd yaşlı bacısı qızı güllələnib – FOTO/VİDEO

6-01-2022, 09:50           
Corc Floydun dörd yaşlı bacısı qızı güllələnib –
Polisin kobud rəftarı nəticəsində ölən afro-amerikalı Corc Floydun dörd yaşlı qardaşı qızı gülləlib.

Hadisə ABŞ-ın Florida ştatında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Polisin məlumatına görə, naməlum şəxs dörd yetkin şəxsin və iki uşağın olduğu mənzilə bir neçə dəfə atəş açıb.

Floydun bacısı Latoniyanın sözlərinə görə, qız qarnından yaralanıb və bir neçə qabırğası deşilib.


Uşaq artıq əməliyyat olunub və hazırda vəziyyətinin yaxşı olduğu deyilir.

Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən saxlanılan zaman qətlə yetirilib.


Mənbə: FOX9












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.