Sabah “Azəriqaz” tarif limitinin sıfırlanması ilə bağlı sualları cavablandıracaq

6-01-2022, 13:38           
Sabah “Azəriqaz” tarif limitinin sıfırlanması ilə bağlı sualları cavablandıracaq
Sabah, saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya qurumun inzibati binasında olacaq.

Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı sizi maraqlandıran suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru