Qazax diasporası: Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi xalis işğaldır

7-01-2022, 00:01           
Qazax diasporası:
Rusiyanın Qazaxıstandakı vəziyyətə hərbi müdaxiləsi yalnız prezident Qasım-Jomart Tokayevə lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Danışır Moskva” radiosunun efirində Moskva "Qazax Diasporu” Fondunun prezidenti Polat Camalov bildirib.

"Bu, xalis işğaldır. Əgər ona guya rusları müdafiə etmək adı versələr, bu, kabusa çevriləcək”, - Camalov bildirib. Onun fikrincə, Qazaxıstandakı ruslara belə bir "rus dünyası” lazım deyil və qazaxların özləri hərbi müdaxiləni təcavüz kimi qəbul edəcəklər.

Diaspor rəhbəri qeyd edib ki, Qazaxıstanda bir neçə tərəfin - Rusiya, ABŞ, Türkiyə və Çinin maraqları toqquşub. Bütün bunlar geosiyasətdir, o, buna əmindir.

Xəbər verdiyimiz kimi, KTMT-nin Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan birləşmələrindən formalaşan Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstana göndərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru