ÜST rəhbərindən vaksinasiya ilə bağlı AÇIQLAMA

7-01-2022, 08:55           
ÜST rəhbərindən vaksinasiya ilə bağlı AÇIQLAMA
ÜST: "Dünyada son iki həftə ərzində koronavirusa yoluxanların sayı artıb"

Dünyada son iki həftə ərzində koronavirusa yoluxanların sayı 71 faiz artıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bu gün keçirilən brifinqdə iyul ayınadək dünya əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfinə çatmağın mümkün olmayacağına dair narahatlığını dilə gətirib: “Peyvəndləmənin hazırkı sürətilə 109 ölkədə buna nail olunmayacaq”.

Təşkilat rəhbəri, həmçinin bir sıra ölkələrdə dördüncü dozanın vurulduğu halda, bəzi ölkələrdə səhiyyə işçilərinin peyvənd olunmadığını vurğulayıb.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru