KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak edir?

7-01-2022, 12:38           
KTMT əsgərləri Qazaxıstanda hərbi əməliyyatlarda iştirak edir?
Qazaxıstandakı KTMT sülhməramlıları mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcək.
Yeniavaz.com “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezident administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev məlumat verib.
“Missiya sülhməramlıdır. KTMT əsgərləri hərbi əməliyyatlarda iştirak etmir. KTMT sülhməramlıları mühafizə və təhlükəsizlik funksiyalarını yerinə yetirəcəklər”, - deyə Abayev bildirib.
Onun sözlərinə görə, yanvarın 6-da Almatının təmizlənməsi əməliyyatının döyüş hissəsi “Arıstan”, “Arlan”, “Berkut” bölmələri və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru