Nazarbayevin qardaşı oğlunun saxlanması xəbəri təkzib olunub

7-01-2022, 20:20           
Nazarbayevin qardaşı oğlunun saxlanması xəbəri təkzib olunub
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş bir neçə saat əvvəl Alma-Atıda saxlanıb. Bu barədə Orda.kz nəşri Teleqam-kanaldakı mənbəyə istinadla xəbər verib. Bundan əvvəl Abiş Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini postunu tutub.

Sonradan nəşr informasiyanı təkzib edib və baş redaktor Gülnarə Bajkenovanın bəyanatını dərc edib: «Nazarbayev Samat Abişin saxlanmasını xəbər verən mənbəmiz səhv edib, bu informasiya təsdiqini tapmayıb».

Nəşr həm də xəbər verir ki, guya Nursultan Nazarbayev Qazaxıstanı tərk edib. «Bizdə informasiya var ki, ilk prezident və qızları öz ailələri llə birlikdə Qazaxıstanı tərk ediblər. Ölkədə yalnız onun böyük qardaşı Bolat Nazarbayev qalıb» - xəbərdə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru