COVID-19-a qarşı peyvənd olunmuş yeniyetmələrə tövsiyələr verildi

8-01-2022, 09:28           
COVID-19-a qarşı peyvənd olunmuş yeniyetmələrə tövsiyələr verildi
Yeniyetmələr də böyüklər kimi COVID-19-a qarşı peyvənd olunduqdan sonra bir neçə gün ağır fiziki fəaliyyətdən çəkinməlidirlər.

Bu barədə Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq koronavirusa qarşı peyvənd olunmuş yeniyetmələrə tövsiyələrində bildirib.

“Özünüzə rəhm edin və immunitet sisteminə bir az daha çox enerji verin. Daha çox istirahət edin”, - deyə o əlavə edib.

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə peyvəndi vurula biləcəyi barədə qərar qəbul edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru