Qazaxıstandakı iğtişaşlarda İsrail vətəndaşı həlak olub

8-01-2022, 18:10           
Qazaxıstandakı iğtişaşlarda İsrail vətəndaşı həlak olub
Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı bir İsrail vətəndaşı həlak olub. Bu barədə İsrailin Xarici İşlər Nazirliyindən bildirilib.

“22 yaşlı israilli Ben Kodjiaşvili ötən gecə iğtişaşlar zamanı Qazaxıstanın Almatı şəhərində baş verən atışmada öldürülüb”, - deyə nazirliyin açıqlamasında qeyd edilir.

Vurğulanır ki, gənc son illər Qazaxıstanda yaşayırmış.

Cümə axşamı günü İsrail Xarici İşlər Nazirliyi Qazaxıstana səfərlərin təhlükələri barədə xəbərdarlıq edib və hazırda bu respublikada olan İsrail vətəndaşlarını xüsusi ehtiyatlı olmağa çağırıb.(RİA Novosti)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru