Məçhur jurnalist Vəzrov haqqında: "Kommunistlər dəyişmir..."
10-01-2022, 15:25

Azərbaycanın KP MK-nın I katiblərindən Əbdürrəhman Vəzirov bu sabah Moskva xəstəxanalarından birində vəfat edib. Xəbəri ailə yaxınlarından aldım.
Bir neçə gün öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilibmiş. Böyük ehtimal, dəfn Moskvada olacaq.
Bu fotonu Moskvadakı evində çəkmişdim. Mənə bağışladığı kitaba avtoqraf yazırdı. Çox məsələlərə aydınlıq var o kitabda.
3 saatlıq müsahibəni hələ də yayımlamamışam.
Yadımda müstəqillik ideyasına nifrətlə dolu, Azərbaycanı Rusiyasız təsəvvür etməyən qatı kommunist kimi qalacaq. Bir də 20 Yanvar haqqında verdiyim suala ağlaması ilə.
Gəncəyə hələ də Kirovabad deyirdi. Kommunistlər dəyişmir.
Bu gün Tokayevi onunla müqayisə edirlər. Amma Vəzirov Tokayev kimi Kremlə “ordu göndərin” müraciəti etməmişdi, gec-tez Bakıya ordu yeridiləcəyini bildiyinə görə Qorbaçova 6 dəfə istefa ərizəsi yazıb göndərmişdi. Hansı addım millətə daha böyük xəyanətdir - hakimiyyəti saxlamaq naminə ordu çağırmaq, yoxsa məsuliyyətdən yayınmaq üçün istefa vermək, söyləmək çətindir. Gün kimi aydın olan odur ki, Kremlə hər hansı formada xidmət millətə xidmət üçün heç bir şans qoymur. Ondan sadəcə uzaq durmalısan. Bacardıqca uzaq.
Allah günahlarını bağışlasın.
Aygün Muradxanlı
Teref.az