BVF xəbərdarlıq etdi - Pullar ucuzlaşa bilər

10-01-2022, 19:29           
BVF xəbərdarlıq etdi -
İnkişaf etməkdə olan ölkələr ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faiz artımına hazır olmalıdırlar.

“Margin.az” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb.

Məlumata görə, FES-in gözləniləndən daha sürətli addım atması kapital axınına və inkişaf etməkdə olan ölkələrdə valyutanın ucuzlaşmasına səbəb ola bilər. Sözügedən ssenari ABŞ-da geniş əsaslı əməkhaqqı inflyasiyası və ya davamlı təchizat problemləri fonunda daha sürətli inflyasiya üçün gözləntilərin gücləndiyi halda baş verə bilər.

Gözləniləndən daha sürətli inflyasiya FES-i faiz dərəcələrini daha sürətli artırmağa sövq edəcək. Bu isə maliyyə bazarlarını sarsıda və qlobal miqyasda maliyyə şərtlərini sərtləşdirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru