Pfizer "omicron" ştammına qarşı peyvəndin hazır olma tarixini açıqlayıb

11-01-2022, 10:46           
Pfizer "omicron" ştammına qarşı peyvəndin hazır olma tarixini açıqlayıb
Amerikanın Pfizer şirkətinin koronavirusun "omicron" ştammına qarşı peyvəndi yazda hazır olacaq.

Trend xəbər verir ki, bunu Pfizer-in baş direktoru Albert Burla bildirib.

"Peyvənd bu ilin mart ayında hazır olacaq", - deyə Burla qeyd edib. O, istehsal prosesi artıq başlayıb. Onun sözlərinə görə, peyvən təkcə "omicron" ştammına qarşı deyil, həm də digər variantlara qarşı effektiv olacaq.

Xatırladaq ki, daha əvvəl şirkət Paxlovid koronavirus preparatının müvəqqəti qeydiyyat şəhadətnaməsinin alınması üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib.

Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru