Koronavirusun "deltakron" ştammı laboratoriya səhvinin nəticəsində yarandığı hesab olunur

11-01-2022, 11:48           
Koronavirusun "deltakron" ştammı laboratoriya səhvinin nəticəsində yarandığı hesab olunur
Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun yeni hibrid “deltakron” ştammının yaranma ehtimalını istisna edib.

Trend xəbər verir ki, müvafiq açıqlama ilə ÜST-ün texniki qrupunun rəhbəri Mariya van Kerkxove öz "Twitter" səhifəsində çıxış edib.

Onun sözlərinə görə, hər hansı bir ştamm kombinasiyasını müəyyən etmək mümkün olmayıb. Kipr alimlərinin tapıntısına gəlincə, çox güman ki, onlar sadəcə səhv ediblər. Belə ki, yoluxmuş toxuma nümunəsi çirklənib və ya laborator araşdırma zamanı səhv baş verib.

Bundan əvvəl, Kiprdə "Delta" və "Omikron" ştammlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edildiyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru