Reqbi topu formasında ekzoplanet kəşf edildi

12-01-2022, 11:00           
Reqbi topu formasında ekzoplanet kəşf edildi
Avropalı astronomlar kürədən daha çox reqbi topuna bənzəyən deformasiyaya uğramış ekzoplanet aşkar ediblər.

“WASP-103b” adı verilən nəhəng planet Herkules bürcündə yerləşir və ölçüsü Yupiterdən təxminən iki dəfə, kütləsi isə bir yarım dəfə böyükdür. O, öz ulduzuna Yerin Günəşə olduğundan təxminən 50 dəfə yaxındır.

Ekzoplanetdəki deformasiyanın onun ana ulduzunun cazibə qüvvəsi nəticəsində əmələ gəldiyi bildirlib. Bu qüvvənin Ayın Yerə təsirindən dəfələrlə güclü olduğu qeyd edilib. Cazibə qüvvəsinin belə təsirli olmasına isə ekzoplanetin ana ulduza həddindən artıq yaxın olması səbəb olub.

Mənbə: ru.famagusta.news












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru