Avropa Dərman Agentliyi: "Omikron" ştamının sürətlə yayılması endemiyaya gətirə bilər

12-01-2022, 10:12           
Avropa Dərman Agentliyi:
"Omikron" ştamının sürətlə yayılması pandemiyadan endemiyaya gətirə bilər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyinin rəsmisi Marko Kavaleri bildirib.

"Vacib olan və gördüyümüz virusun daha çox endemik olmasıdır. Bununla belə, hazırda endemik vəziyyətə gəldiyimizi deyə bilmərik. Koronavirus hələ də pandemiya virusu kimi fəaliyyət göstərir. Unutmamalıyıq ki, hələ də pandemiya içindəyik", - Kavaleri deyib.

Kavaleri vurğulayıb ki, "omikron" ştamı daha yoluxucu olduğundan, insanların əkəsriyyəti simptomları hiss etməsə də, virusa məruz qalacaq.

“İmmunitetin əlavə təbəqəsinin yaranması çox vacibdir, çünki bu, epidemiyanı endemik hala gətirə bilər. Biz 3-4 aydan bir davamlı peyvənd edə bilmərik. Bununla biz gələcəkdə immun sistemindən istədiyimiz reaksiyanı ala bilmərik”, - Agentlik rəsmisi əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.