Roqozin qazax nazirə tövsiyə edir ki, Baykonura gəlməsin – “Biz onu gözləmirik”

13-01-2022, 15:21           
Roqozin qazax nazirə tövsiyə edir ki, Baykonura gəlməsin –
«Roskosmos» korporasiyasının başçısı Dmitri Roqozin Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Əskər Umarova Baykonura gəlməməyi tövsiyə edib.

Bu barədə o, yanvarın 12-də özünün Teleqram-kanalında yazıb.

«Baykonur kosmodromunda biz, nazir Əskər Umarova şad olmayacağıq. Biz, orada onu gözləmirik» - Roqozin yazıb.

Əskər Umarov nazir vəzifəsinə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev tərəfindən yanvarın 11-də təyin olunub. Təyinat Rusiyanın media-məkanında qaynar reaksiya doğurub, necə ki, Umarov radikal millətçi-rusofob və «Böyük Turan» ideyasının qızğın tərəfdarı kimi tanınır.

Qeyd edilməlidir ki, Umarovun «Turan» tərəfdarı olması onun haqqıdır və üstəlik də onu bu baxışlarına görə qınamaq yolverilməzdir. Roqozin və onun kimi şovinistlər yaddan çıxardırlar ki, Baykonur Qazaxıstan torpağının - Umarovun doğma vətəninin bir hissəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru