Uşağa şiddətlə gündəmə gələn bağça bütün paylaşımlarını sildi - FOTOLAR

15-01-2022, 08:08           
Uşağa şiddətlə gündəmə gələn bağça bütün paylaşımlarını sildi - FOTOLAR
Dünən yayılan İsmayıllı 1 saylı uşaq bağçasındakı şiddət görüntülərindən sonra sosial şəbəkə hesablarındakı paylaşımlar silinib.
Yeniavaz.com xəbər verir ki, bağçanın sosial şəbəkə hesabında mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər də müzakirələrə səbəb olub. Belə ki, həmin görüntülərin də uşaqlara şiddət tətbiq edilərək çəkildiyi iddia edilib. Daha sonra isə bağçanın sosial şəbəkə hesabından bütün paylaşımlar silinib.
Qeyd edək ki, şiddət görüntülərinin yayılmasından sonra uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru