Minlərlə meymun Lopburi şəhərində "terror" törədir

17-01-2022, 12:24           
Minlərlə meymun Lopburi şəhərində "terror" törədir
Minlərlə meymun Taylandın Lopburi şəhərini sözün əsl mənasında terror hücumuna məruz qoyub.

KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, rəqib meymun dəstələri üstünlük və yemək uğrunda mübarizə aparır.

Ölkənin paytaxtı Banqkokdan təxminən 145 km şimalda yerləşən Lopburi meymunların çoxluğuna görə dünyada məşhurdur. Yerli sakinlər hətta primatların şərəfinə hər il festival da keçirirlər.

Koronavirusa görə tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turistlər Taylanda axın etməyə başlayıblar. Lakin pandemiya zamanı əhəmiyyətli dərəcədə artan meymunların qida və şəkərli içkilərə təlabatı daha çox artıb.

İndi primatlar şəhərdəki insanları qorxudurlar. İnsanların sözlərinə görə, onlarla meymun küçələrdə gəzir, avtomobillərin üzərinə tullanır, insanların üstünə dırmaşır və hətta onların yemək və əşyalarını da oğurlayırlar. Hökumət sterilizasiya yolu ilə primat populyasiyasına nəzarət etməyə çalışsa da, bu, nəticə vermir.

Yerli sakinlər meymunların insanlara hücum etməməsi üçün heyvanlara hətta şəkər siropu ilə doldurulmuş plastik paketlər da paylayırlar. Lopburi sakinlərinin dediyinə görə, şəhərdə hətta öz ərazilərini işarələyən rəqib meymun dəstələri də var ki, bu da onlar arasında toqquşmalara səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.