Benito Mussolininin qızı vəfat etdi

18-01-2022, 11:54           
Benito Mussolininin qızı vəfat etdi
Benito Mussolininin qızı Elena Kurti yanvarın 17-də bazar ertəsi Viterbodakı evində vəfat edib. Bu barədə İtaliya mətbuatı xəbər verir.

İtaliya Milli Faşist Partiyasının rəhbəri Benito Mussolininin sonuncu qeyri-qanuni qızı Elena Kurtinin 100-ə yaxın yaşı var idi.

Qadın Viterbo əyalətinin Akvapendente şəhərindəki evində dünyasını dəyişib.

O, milanlı tikişçi Angela Kuççiati ilə "duçe" (Mussolininin daşıdığı titul) qısa münasibətindən sonra doğulub.

Yalnız 18 yaşına çatanda Elena anasından Mussolininin gizli qızı olduğunu öyrənib. Sosial Respublika dövründə "duçe" onu hər cümə axşamı Saloda qəbul edirdi. Elena faşist nazir Alessandro Pavolininin katibliyində işləyirdi.

Müharibədən sonra Elena İspaniyaya mühacirət etdi və təxminən iyirmi il əvvəl İtaliyaya qayıtdı. “Üçbucaqlı mismar” (2003) memuarlarının müəllifidir.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru