Makroiqtisadi göstəricilər

19-01-2022, 00:01           
Makroiqtisadi göstəricilər
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilə nisbətən 3,4 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 4 faiz). Hesabatı yayan Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, ötən il yük daşınması 2020-ci illə müqayisədə 2,8 faiz, sərnişin daşınması 3,1 faiz irəli gedib, informasiya və rabitə xidmətlərinin həcmində 6,1 faiz yüksəliş qeydə alınıb.

Əhalinin gəlirlərinin nominal ifadədə 2,6 faiz artdığı, 2021-ci ildə dövlət büdcəsinə 26 milyard 419,1 milyon manat vəsaitin daxil olduğu, büdcədən 27 milyard 412,8 milyon manat vəsait xərcləndiyi vurğulanır.

2021-ci il dekabrın 1-nə bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 700,6 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 9 milyard 51,7 milyon manat göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru