Ermənistanda Tələt Paşanı öldürən terrorçunun abidəsi söküləcək?

19-01-2022, 16:08           
Ermənistanda Tələt Paşanı öldürən terrorçunun abidəsi söküləcək?
“Son günlər Ermənistan cəmiyyətində Soqomon Tehlirianın abidəsinin sökülməsindən getdikcə daha çox danışılır”. Bu barədə Ermənistan Milli Assambleyasının keçmiş deputatı Sofya Hovsepyan Facebook səhifəsində yazıb.

“Hökumətdən tələb: bu məlumatın həqiqiliyini təkzib edin və ya təsdiq edin!”, - o yazıb.
“İnanıram ki, bunu etmək böyük arzunuzdur, lakin müxtəlif manipulyasiyalardan istifadə edilməsin deyə, bunu açıq şəkildə söyləyin”, - eks-deputat əlavə edib.

Qeyd edək ki, Soqomon Tehlirian 1921-ci ildə Osmanlı İmperiyasının Daxili İşlər Naziri Təlat Paşanı onlarla insanın gözü qarşısında “erməni soyqırımı” iddiası ilə güllələyən erməni terrorçudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru