İlon Mask: Daha çox uşaq dünyaya gətirin

20-01-2022, 11:10           
İlon Mask:
İnsanlar doğum səviyyəsinin enməsinə görə daha çox narahat olmalıdır.

Axar.az xəbər verir ki, bu barədə “Speys X” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask deyib.

“Düşünürəm ki, bəşəriyyət üçün ən böyük risk doğum səviyyəsinin aşağı enməsi və sürətlə azalan doğum nisbətidir”, - deyə 6 uşaq atası Mask bildirib.

Bundan öncə də Maskın bənzər çıxışları olub. O qeyd etmişdi ki, planetdə doğum səviyyəsi bu şəkildə enməyə davam edərsə, Marsda məskunlaşma layihəsi uğursuzluqla nəticələnə bilər. Milyarder bildirir ki, ailələrdə daha çox uşaq olmasa, bəşəriyyət məhv olacaq.

Qeyd edək ki, son statistik göstəricilərə əsasən, dünya ölkələrində doğum faizində geriləmə yaşanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.