Moskvada bloqer Cümə Məscidini təhqir etdi – FOTO/VİDEO

21-01-2022, 10:14           
Moskvada bloqer Cümə Məscidini təhqir etdi – FOTO/VİDEO
Sosial şəbəkələrin rusdilli seqmentində qalmaqallı video yayılıb.

Görüntülərdə üzündə niqab, əynində isə alt paltarı olan qadın Moskva Cümə Məscidi qarşısında erotik fotosessiya çəkdirir.

Video Rusiya müsəlmanlarının ciddi etirazlarına səbəb olub. Onlar xanımın bu hərəkətlərilə dini ibadətgahı təhqir etdiyini bildiriblər.

Artıq “fotomodel”in kimliyi müəyyən edilib. Bu SMM mütəxəssisi kimi tanınan bloqer Mariya Katanovadır.

O, “Instagram” səhifəsində hadisə ilə bağlı şərh yazıb: “Bu, anlaşılmazlıqdır. Çəkiliş dindarların hüquqlarını ləkələmək məqsədi daşımayıb”, - deyə qadın qeyd edib.

İnsidentlə bağlı Rusiya İstintaq Komitəsi araşdırmaya başlayıb.



Mənbə: kp.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru